Baləli onu “meyxananın şahı” adlandırdı
Meyxanaçı Baləli hazırda həbs həyatı yaşayan Rəşad Dağlını meyxananın şahı adlandırıb.
SAVASHMEDİA.az-ın xəbərinə görə, o, bu sözləri ATV-nin “Rəngarəng” verilində deyib.
Baləli Rəşad dağlıdan sonra meyxana sənətində səliqə-səhmanın pozulduğunu bildirib:
"Nə qədər ki, Rəşadın nəfəsi gəlib-gedir, mənim üçün meyxananın şahı odur. Bu günə qədər ən yaxşı meyxananı mən onda görmüşəm.Mən Ağamirzəyə də, Kərimə də, Məşədi Babaya da qulaq asıram. Amma hamı bilir ki, mənim üçün ilk yerdə həmişə Rəşad olub. İndi meyxanada bəzi çatışmayan şeylər var, səliqə-səhman pozulub. Qəbul etmədiyimiz, xoşumuza gəlməyən çox şeylər var. Bunun də səbəbi Rəşadın yoxluğudur”.
Oğuz