10 ən yaxşı “iPhone” modelləri - Hansılardır və qiymətləri?
"iPhones.ru" saytı 2024-cü ilin payızında satın almağa dəyər olan 10 cari “iPhone” modelini, eləcə də diqqət etməməli olduğunuz modelləri toplayıb.
Qiqqət çəkən modellər arasında kompakt cihaz axtaranlar üçün uyğun olan “iPhone 13 mini” də var. Bu model ən azı daha üç il iOS yeniləmələrini almağa davam edəcək. “iPhone 13” öz qiymətinə görə yaxşı və etibarlı əsas smartfondur.
Mütəxəssislər “iPhone 13 Pro”nu da nəzərdən keçirməyi tövsiyə edirlər: 256 GB-lıq versiya təxminən 750 dollara satılır və 120 Hz ekrana malik ən sərfəli modeldir. İki yaşlı “iPhone 14 Pro” gündəlik tapşırıqlar və ağır oyunlar üçün uyğun olan daha güclü aparat təklif edir.
Daha yeni modellər arasında “iPhone 15” və “15 Pro” smartfonlarını almaq tövsiyə olunur. Bu smartfon yaxşı ekran, USB-C konnektoru və 48 MP kamera ilə təchiz olunub, lakin dezavantaj hesab edilən 60 Hz ekrana malikdir.
Flaqman “iPhone 15 Pro Max”da bu çatışmazlıq yoxdur, həmçinin üçüncü kamera, telefoto obyektiv, daha güclü çip və “Apple Intelligence” süni intellekt sistemi üçün dəstək təklif edir.
Mütəxəssislər nəzərə alınmaması lazım olan modelləri də qeyd ediblər. Xüsusilə, onlar “iPhone SE” (2020), “iPhone 12 mini”, “iPhone 12”, “iPhone 12 Pro” və “Max” modellərindən çəkinməyi tövsiyə edirlər. Bu cihazlar yeniləmələri qəbul etməyi dayandıran ilk cihazlar arasında olacaq və artıq dayandırılıb.
Mütəxəssislər “iPhone SE” (2022) modelini də almamağı məsləhət görürlər. Çünki bu smartfonun dizaynı köhnəlmiş hesab olunur.
lent.az