Abel Məhərrəmov Ramiz Mehdiyevlə əlaqəsindən DANIŞDI – “Həftədə 3 dəfə…”

“Mənim Ramiz Mehdiyevlə işdən kənar heç bir əlaqəm olmayıb”.

Feb 25, 2026 - 22:18
Abel Məhərrəmov Ramiz Mehdiyevlə əlaqəsindən DANIŞDI – “Həftədə 3 dəfə…”

SAVASHMEDİA.az xəbər verir ki, bu sözləri qafqazinfo-ya Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru Abel Məhərrəmov deyib.

A.Məhərrəmov adının Ramiz Mehdiyev məsələsində hallandırılmasını boş söhbət adlandırıb.

“Mənim vəzifəm elə olub ki, həftədə 3 dəfə Prezident Administrasiyasında olmuşam. Artıq 10 ilə yaxındır ki, vəzifədən də çıxarılmışam. Ramiz Mehdiyevlə də sonradan heç bir münasibətim olmayıb. Bu deyilənlər boş-boş söhbətlərdir. Siz belə şeylərə baş qoşmayın”, - sabiq rektor əlavə edib.

Qeyd edək ki, hazırda ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin yaxın adamları sırasında Abel Məhərrəmovun da adı hallanıb. Keçmiş rektor bu günə qədər məsələyə münasibət bildirməmişdi.