"Abır, həya yoxdur, onlara xanım demirəm" - Meyxanaçı qadın müğənnilərdən DANIŞDI + VİDEO

“Müğənnilər efirdə oturub, özlərini elə aparıblar ki... Amma onlar o deyillər. Hamı da bunu bilir”.

Nov 5, 2024 - 13:04
"Abır, həya yoxdur, onlara xanım demirəm" - Meyxanaçı qadın müğənnilərdən DANIŞDI + VİDEO

SAVASHMEDİA.az olay-a istinadla xəbər verir ki, bunu meyxanaçı İntiqam Rüstəmov “Rəngarəng” verilişində deyib.

O, qadın müğənnilərə “xanım” deyə müraciət etmədiyini bildirib:

““Xanım” və “bəy” sözü mənim üçün müqəddəsdir. “Gədə”yə “bəy”, hər qadına da “xanım” deyə bilmərəm. Xanım ən birinci mənim üçün anam olub. Allah ona rəhmət eləsin. O qadında ki, abır, həya, ismət olmadı, ona "xanım" deyə bilmərəm. Mən qadın müğənnilərini görəndə onlara adı ilə və ya “gözəl insan” deyərək müraciət edirəm. Xanım demirəm”.