ABŞ dövlət katibinin olduğu təyyarədə nasazlıq  - Vaşinqtona döndülər

ABŞ-nin dövlət katibi Marko Rubio və Senatın Xarici Əlaqələr Komitəsinin sədri Cim Rişin göyərtəsində olduğu ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarə texniki nasazlıq səbəbindən Vaşinqtona qayıtmaq məcburiyyətində qalıb. 

Feb 14, 2025 - 10:52
ABŞ dövlət katibinin olduğu təyyarədə nasazlıq  - Vaşinqtona döndülər

SAVASHMEDİA.az bu barədə “Associated Press” (AP) agentliyinə istinadən xəbər verir.

AP yazır ki, hadisə dünən axşam saatlarında baş verib. Almaniya istiqamətində Endryus Birləşmiş Bazasından havaya qalxan “Boeing 757 C-32” təyyarəsi 90 dəqiqədən sonra Vaşinqtona geri dönməli olub. Buna səbəb pilot kabinəsinin ön şüşəsində problem yaranması olub. 

Dövlət Departamentinin sözçüsü Təmmi Brüs hadisəni təsdiqləyib və Rubionun Almaniya və Yaxın Şərqə səfərini ayrıca təyyarə ilə davam etdirmək niyyətində olduğunu bildirib.

“Hələlik yubanmanın dövlət katibi Rubio və vitse-prezident Jey Di Vensin cümə günü səhər Ukrayna prezidenti Volodimir Zelenski ilə Münhendə keçirilməsi planlaşdırılan görüşünə təsir edib-etməyəcəyi bəlli deyil”, - dey sözçü vurğulayıb.

Xatirə SADİQ