ABŞ səfirliyindən Nəriman Axundzadə ilə bağlı AÇIQLAMA

ABŞ-nin Azərbaycandakı səfirliyi Nəriman Axundzadəni təbrik edib.

Feb 18, 2026 - 13:32
ABŞ səfirliyindən Nəriman Axundzadə ilə bağlı AÇIQLAMA

SAVASHMEDİA.az xəbər verir ki, bununla bağlı səfirlik sosial media hesabında paylaşıb.

Səfirlik paylaşımında həmçinin “Qarabağ” klubuna buaxşamkı Çempionlar Liqası qarşılaşmasında uğurlar arzulayıb.

"Azərbaycanlı futbol ulduzu Nəriman Axundzadəni ABŞ-nin Ohayo ştatını təmsil edən "Columbus Crew" klubu ilə müqavilə imzalaması münasibətilə səmimi-qəlbdən təbrik edirik.

“Qarabağ FK”nın heyətində nümayiş etdirdiyi parlaq və yaddaqalan çıxışlarla geniş rəğbət qazanan istedadlı gənc hücumçu ABŞ-nin Major League Soccer (MLS) liqası ilə müqavilə imzalayan ilk azərbaycanlı futbolçudur.
Eyni zamanda, “Qarabağ” klubuna bu axşamkı Çempionlar Liqası qarşılaşmasında uğurlar və inamlı qələbə diləyirik!"

Oğuz