"Adam nə qədər *** olmalıdır ki..." - Arayik Arutunyan 2,6 milyonu kimə verib?
Ermənistanın 3-cü prezidenti Serj Sərkisyanın “pulqabısı” sayılan “Fleş” şirkətinin sahibi Barseq Beqlaryan keçmiş qondarma rejimdən 600 milyon dram (təxminən, 2,6 milyon manat) təzminat alıb.
SAVASHMEDİA.az globalinfo.az-a istinadla xəbər verir ki, bunu Ermənistanın DOK partiyasının rəhbəri Vardan Qukasyan deyib.
“Artsax”ın müdafiəsi üçün “Hayastan” Ümumerməni Fonduna göndərilən vəsait mənimsənilib. Beqlaryan 2021-ci ilin yanvarında 600 milyon dram təzminat alıb. Guya Azərbaycan Ordusu Füzulidə onun yanacaqdoldurma məntəqəsini partladıb və Barseq maliyyə itkisinə məruz qalıb. Minlərlə erməninin pulsuz yaşadığı və həkimə getməyə pulu olmadığı halda Arayik Arutyunyan pulu Beqlaryana verib. Halbuki orada yanacaqdoldurma məntəqəsi olmayıb.
Başqa sözlə desək, adam nə qədər *** (Vardan Qukasyan çox güman burada söyüş nəzərdə tutub – red.) olmalıdır ki, mövcud olmayan yanacaqdoldurma məntəqəsinə görə bu qədər təzminat alsın. Bütün güc strukturlarının rəhbərləri bunu bilirlər, lakin susurlar”, – Qukasyan bildirib.