Aeroportda 4 kq qızılla tutulan məmur hansı vəzifədə çalışır?

Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsi Əməliyyat İstintaq Baş İdarəsinin əməkdaşları Heydər Əliyev adına Beynəlxalq Hava Limanında əməliyyat həyata keçirib.

Dec 30, 2024 - 17:01
Dec 30, 2024 - 18:19
Aeroportda 4 kq qızılla tutulan məmur hansı vəzifədə çalışır?

Mediada yayılmış məlumata görə,  əməliyyat çərçivəsində Azərbaycandan külli miqdarda qızıl çıxarmaq istəyən vəzifəli şəxs saxlanılıb.

SAVASHMEDİA.az əməliyyat zamanı 4 kq qızılla saxlanılan vəzifəli şəxsin kilmiyini araşdırıb.

Məlum olub ki, eyni ad və soyadda olan şəxs Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışır. 

Sözügedən Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini mətbuata verdiyi açıqlamada aeroportda saxlanılan şəxslə sadəcə ad və soyadının üst-üstə düşdüyünü bildirib. Ölkədən çıxmadığını əlavə edib.

Qeyd edək ki, yayılmış məlumatda Əfsər Mirzəliyevin vəzifəli şəxs olduğu və dövlət qurumlarından birində məsul vəzifədə çalışdığı qeyd olunub.

Xatırladaq ki, 2017-2021-ci illərdə Azərbaycanın ABŞ-dəki Səfirliyində hərbi attaşenin köməkçisi vəzifəsində çalışmış polkovnik-leytenant Qəhrəman Məmmədov da ötən ayın axırlarında İstanbulda 70 kq qızılla saxlanılıb.

Yağmur