“Alınmır, bəzi əraziləri güzəştə gedəcəyik” – Ukraynalı məmur Almaniya nəşrinə danışdı
Ukrayna hakimiyyəti ilk dəfə Rusiya ilə münaqişənin həllində ərazi güzəştləri ilə bağlı müzakirələrə başlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Der Spiegel” ukraynalı məmura istinadən yazır.
Nəşrin iddiasına görə, ABŞ-da keçiriləcək prezident seçkilərində kimin qalib gəlməsindən asılı olmayaraq, rəsmi Vaşinqton Ukraynaya yardımdan tədricən imtina edəcək.
Hökumət nümayəndəsi güzəştsiz müharibənin dayanmasının mümkünsüzlüyünü ifadə edib:
“Düşünürdük ki, qələbə Rusiyanın qeyd-şərtsiz təslim olması ilə başa çatmalıdır. Ancaq güzəştlər olmadan müharibəni yekunlaşdıra bilməyəcəyik”.
Alman jurnalına danışan mənbə onu da əlavə edib ki, hazırda Ukrayna silahlı qüvvələrinin sıralarında mənəvi-psixoloji vəziyyətin pisləşməsi və cəmiyyətində parçalanma müşahidə olunur.
Daha əvvəl İtaliyanın “Corriere della Sera” qəzeti Ukrayna prezidenti Zelenskininin münaqişəni bitirmək üçün həll yollarını axtardığını yazmışdı.
Oğuz