Azərbaycan çempionatında at üstündə dava - VİDEO
Milli Çövkən Liqasında "Elit" və "Omar" komandaları arasındakı oyun qalmaqalla başa çatıb.
Milli Çövkən Liqasında "Elit" və "Omar" komandaları arasındakı oyun qalmaqalla başa çatıb.
Sportnet.az xəbər verir ki, qarşılaşmanın final fitindən dərhal sonra "Elit"in çaparı Elvin Camallı ilə "Omar"ın üzvləri Səxavət İsmayılov və Tərlan Qurbanəliyev dalaşıblar. At üzərində savaşa çıxan tərəfləri onların komanda yoldaşları çətinliklə aralayıblar.
Qeyd edək ki, CBC Sport vasitəsilə canlı yayımlanan qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.