Azərbaycanın tanınmış futbol məşqçisi dinini dəyişib? – “Hər həftə kilsəyə gəlir, şam yandırır”
"Səbail" futbol klubunun baş məşqçisi Şahin Diniyevlə bağlı sensasion məlumat yayılıb.
SAVASHMEDİA.az sportinfo.az-a istinadla xəbər verir ki, şahidlər "dənizçilər"in çalışdırıcısının tez-tez Rus Pravoslav Kilsəsinə baş çəkdiyini iddia ediblər.
“Diniyev demək olar hər həftə kilsəyə gəlir və şam yandırır. Biz onu burada çox görürük. İş yerimiz "28 may"da yerləşir. Şahin Diniyev gah həftənin əvvəlində, gah də axırında kilsəyə gəlir.
Onu tanıdığımızdan, bizə maraqlı gəlib. Bir-iki dəfə arxasınca kilsəyə keçmşik ki, görək içəridə nə edir. Heç nə, ikonanın qarşısında dayanır, şam yandırır. Deyəsən, kilsədə çalışanlar da onu yaxşı tanıyır”.