Bakının bu ərazisindəki evlər plana düşür - Qərar verildi
Bakının gələcək planında bir çox ərazinin plana düşəcəyi gözlənilir.
Hazırda Ağ Şəhərin əhatə edəcəyi ərazi yaxın gələcəkdə daha da böyüyəcək.
Bu o deməkdir ki, Ağ şəhər ətrafındakı bir çox ərazidəki yaşayış evləri və obyektlər də sökülərək müasir binalarla əhatə olunacaq.
Qeyd edək ki, ekologiyası bərpa edilən sənaye zonasında həyata keçirilən Bakı Ağ Şəhər dünyanın ən iri müasir layihələrindən biridir. Bakı Ağ Şəhər 1650 ha ərazini əhatə edir.Bakı Ağ Şəhər bir-biri ilə qonşu olan 10 kvartalı birləşdirir. Hər bir kvartalın uğurlu inşası bütün Baş Planın həyata keçirilməsi üçün həlledici rol oynayır.
Tikintinin ümumi sahəsi 15 milyon kv.m sahəni əhatə edəcək.Layihə başa çatdıqdan sonra Bakı Ağ Şəhər 240 000 sakini iş yeri ilə təmin edəcək.
Bakı Ağ Şəhərin Fəvvarələr Meydanında yerləşəcək yeni metro stansiyası mövcud Azadlıq - Xətai xəttinin davamı olacaq.
(milli.az)