“Bizimlə bu dildə danışa bilməzsiniz” - Peskov
“Ultimatum dili Rusiya üçün qəbuledilməzdir, uyğun deyil. Siz Rusiya ilə belə bir dildə danışa bilməzsiniz”.
SAVASHMEDİA.az TASS agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə Moskvanın Ukraynada atəşi dayandırmaqdan imtina edəcəyi təqdirdə Rusiyaya qarşı yeni Avropa sanksiyalarının tətbiqi təhlükəsini şərh edərkən deyib.
O, xatırladıb ki, Rusiya artıq mayın 10-da oxşar təhdidlər alıb və o zaman da təhdidlər kifayət qədər ultimativ formada təqdim edilib.
Qeyd edək ki, Kiyevə dünənki səfər zamanı Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merts, Böyük Britaniya və Polşanın baş nazirləri Kir Starmer və Donald Tusk Ukrayna tərəfi ilə birlikdə mayın 12-dən 30 günlük atəşkəsin elan olunmasını təklif ediblər.
Bu gün isə Almaniya hökuməti bəyan edib ki, Rusiya həmin atəşkəs təklifindən imtina edərsə, Aİ Rusiyaya qarşı əlavə sanksiyalar hazırlamağa başlayacaq.
Xatirə SADIQ