Britaniya sularında tankerə çırpılan gəminin kapitanı Rusiya vətəndaşı imiş – “Reuters”
Böyük Britaniyada tankerə çırpılan konteyner gəmisinin kapitanının Rusiya vətəndaşı olduğu üzə çıxıb.
SAVASHMEDİA.az xəbər verir ki, “Reuters” bu barədə “Solong” gəmisinin sahibi olan alman şirkətinə istinadən məlumat yayıb.
Bazar ertəsi “Solong” gəmisi amerikalı hərbçilər üçün aviasiya yanacağı daşıyan “Stena Immaculate” tankerinə çırpılıb.
Britaniya polisi ertəsi gün “Solonq” gəmisinin kapitanını ehtiyatsızlıqdan adam öldürmə şübhəsi ilə həbs edib.
Gəminin Hamburqdan olan sahibi Ernst Russ bildirib ki, Portuqaliya bayrağı altında olan “Solong” gəmisinin kapitanı rusiyalıdır, ekipajın qalan üzvləri Rusiya və Filippin vətəndaşlarından ibarətdir.
Xatirə SADİQ