CHP Ərdoğanın qarşısına ONU çıxarır, namizəd bilindi - Özəldən seçki açıqlaması
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl partiyasının seçkilərə hazır olduğunu bəyan edib.
"Partiyam hazır, mən hazır, namizədimiz hazır", - o bildirib.
SAVASHMEDİA.az xəbər verir ki, İstanbulun Kadıköy rayonunda partiya üzvləri ilə görüşən Özgür Özəl namizədlərinin adını çəkməsə də, əksəriyyət bu şəxsin İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu olduğunu düşünür.
Xatırladaq ki, CHP-nin növbəti prezident seçkilərinə əsasən iki namizədlə gedəcəyi gözlənilir. Onlar İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu və Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaşdır.
İndi CHP sədrinin Əkrəm İmamoğlunun iştirak etdiyi, Mansur yavaşın isə olmadığı tədbirdə "Partiyam hazır, mən hazır, namizədimiz hazır" deməsi seçimin məhz İmamoğlu olduğunu qənaətini gücləndirib.
Oğuz