Əkrəm İmamoğlunun atası və oğlu ilə bağlı QƏRAR VERİLDİ - Ağır ittihamlar 

Korrupsiya, rüşvət və casusluqda ittiham olunan İBB sədri, CHP-nin prezidentliyə namizədi Əkrəm İmamoğlunun oğlu və atası haqqında qərar verilib.

Nov 4, 2025 - 21:28
Əkrəm İmamoğlunun atası və oğlu ilə bağlı QƏRAR VERİLDİ - Ağır ittihamlar 

SAVASHMEDİA.az xəbər verir ki İstanbul Baş Prokurorluğu həbsdəki sədrin atası Hasan İmamoğlu və oğlu Mehmet Selim İmamoğlunu ifadə verməyə çağırıb. 

Onlar “rüşvət alma” və “çirkli pulların yuyulması” ittihamları üzrə şübhəli hesab olunublar. 

Baş Prokurorluq İstanbul polisinə İmamoğlunun atasının və oğlunun ifadələrini alması ilə bağlı təlimat verib. Onlar sabah Türkiyə vaxtı ilə saat 11:00-da ifadə verəcəklər.

İstanbul Baş Prokurorluğunun yaydığı məlumatda bildirilib ki, Hasan İmamoğlu və Mehmet Selim İmamoğlunun ölkədən çıxışına qadağa qoyulub və barələrində məhkəmə nəzarəti tədbiri tətbiq edilib. 

Banu

Atası Hasan İmamoğlu və oğlu Mehmet Selim