Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 18 oktyabr -"Müstəqilliyin Bərpası günü" münasibəti ilə Azərbaycanı təbrik edib.
SAVASHMEDİA.az xəbər verir ki, o, bununla bağlı sosial media paylaşımında bildirib:
“Dost və qardaş Azərbaycan xalqını Müstəqilliyin Bərpası Günü münasibətilə ölkəm və millətim adından səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan Prezidenti, qardaşım İlham Əliyevə, kədərdə və sevincdə hər zaman bir olduğumuz azərbaycanlı türk qardaşlarıma salamlarımı çatdırıram”.