Fətullah Gülən gizli dəfn olunacaq, əsl məzarın yerini... - Örgüt saxta dəfn ssenarisi cızdı
Fətullah Gülənin ölümü ilə FETÖ terror təşkilatındakı daxili çaxnaşmalar onun ölümündən sonra daha da alovlanıb.
SAVASHMEDİA.az xarici mənbələrə istinadla xəbər verir ki, Gülənin dəfni ilə bağlı təşkilati məsələlər təşkilat daxilindəki gərginliyi artırıb.
İddialara görə, örgütün “qara qutusu” sayılan “Uzun Cövdət” ləqəbli Cövdət Türkyolu mərhumun tez bir zamanda dəfn olunmasını tələb edir. Lakin təşkilat daxilindəki digər söz sahibləri buna qarşı çıxaraq dəfn üçün Avropadan gələnləri gözləmək şərtini irəli sürüblər.
Digər bir iddiaya görə isə dəfn mərasimi əslində göstəriş üçün oynanılan ssenari kimi düşünülüb. Belə ki, FETA rəhbərliyi cənazəni hamıdan xəbərsiz dəfn etməyi düşünür.
Təşkilat daxilində məzar yerinin gizli qalması ilə bağlı ümumi qərar var. Dəfn mərasiminin az sayda insanın iştirakı ilə keçirilməsi və Gülənin əsl məzarının yerinin sirr saxlanılmasına qərar verilib.
Oğuz