"Finalda Argentina İspaniyanı indicə 3:2 məğlub etdi" - "Gələcəkdən gəlmiş" tvit ŞOK ETDİ
2026-cı il Dünya Çempionatının finalında Argentina və İspaniyanın üz-üzə gələcəyi dəqiqləşdikdən sonra sosial şəbəkələrdə beş il əvvəl paylaşılmış bir tvit yenidən gündəmə gəlib.
SAVASHMEDİA.az xəbər verir ki, söhbət 2021-ci il iyulun 11-də X (o vaxtkı Twitter) platformasında edilən paylaşımından gedir.
Həmin paylaşımda "Argentina indicə 2026 Dünya Çempionatının finalında İspaniyanı 3:2 hesabı ilə məğlub etdi" sözləri yer alıb.
Final cütlüyünün müəyyənləşməsindən sonra bu paylaşım sürətlə yayılaraq minlərlə istifadəçi tərəfindən müzakirə olunmağa başlayıb. Bir çoxları bunu "dəqiq proqnoz", bəziləri isə zarafat və ya təsadüfi paylaşım kimi qiymətləndirib.
Qeyd edək ki, tvitin həqiqətən 2021-ci ildə paylaşılması təsdiqlənsə də, müəllifin bunu hansı məqsədlə yazdığı məlum deyil. Onun gələcəyi əvvəlcədən bildiyinə və ya bunun qeyri-adi hadisə olduğuna dair hər hansı sübut yoxdur.
İndi isə futbolsevərlər maraqla gözləyirlər: görəsən, beş il əvvəl yazılan həmin paylaşımdakı 3:2 hesabı da gerçəyə çevriləcək, yoxsa bu, sadəcə təsadüf olaraq qalacaq?
Oğuz