"General Hospital"da qalmaqal - İş prokurorluqda + FOTO

Bakı şəhərində yerləşən "General Hospital" klinikasında yoxlamalar aparılıb.

Oct 31, 2024 - 00:03
"General Hospital"da qalmaqal - İş prokurorluqda + FOTO

SAVASHMEDİA.az unikal-a istinadən xəbər verir ki, klinikada bəzi nöqsanlar aşkarlanıb.

Hazırda məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Adıçəkilən klinikada aparılan yoxlamalarla bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən (AEM) bildirilib ki, "General Hospital" barəsində daxil olan rəsmi müraciətə əsasən "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq AEM tərəfindən plandankənar (növbədənkənar) yoxlama keçirilib və yoxlama materialları aidiyyəti üzrə növbəti icraata göndərilib.

"General Hospital" klinikasının baş həkimi Rüstəm Mikayılov yoxlamaların hazırda da davam etdiyini bildirib:

"Vətəndaşa verdiyimiz bülletenlə bağlı yoxlama aparıldı. İndi də klinikada yoxlama var.

"Həmin işlə bağlı hazırda Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır. Getdik, prokurorluqda məsələ ilə bağlı məlumat verdik. İş yekunlaşdıqdan sonra məhkəməyə göndərəcəklər", - deyə o qeyd edib.