Gülay Zeynallıya anasından qadağa - "Efirə çıxanda..."

“Düşünürəm ki, bəzi məsələlərdə ehtiyyatlı davranmaqdan da əlavə nəsə də görəndə susmaq daha gözəldir. Başını ağrıtmaq nəyə lazımdır? Onsuz da hamı öz tərbiyəsini göstərir”.

Oct 12, 2024 - 20:39
Gülay Zeynallıya anasından qadağa - "Efirə çıxanda..."

 SAVASHMEDİA.az xəbər verir ki, bu sözləri müğənni Gülay Zeynallı deyib. 

İfaçı anasının ona qoyduğu qadağadan da danışıb:

“Elə bir dövrdə yaşayırıq ki, hamının bir-birindən xəbəri var. Çıxıb yalandan özün haqda danışmağın bir mənası da yoxdur. Ümumiyyətlə, bu cür söhbətlərdə yoxam və heç vaxt da olmamışam. Bəlli yaşım var, amma yenə də efirə gedəndə anam zəng vurub deyir ki, artıq-əskik nəsə danışma”.