Hər həftəsonu bölgələrdə, çərşənbə günləri isə.. - CHP ölkəboyu mitinq qərarı verdi

Bu gün İstanbulun Maltəpə meydanında milyonlarla insanın qatıldığı etiraz mitinqində önəmli qərarlar alınıb.

Mar 29, 2025 - 22:20
Hər həftəsonu bölgələrdə, çərşənbə günləri isə.. - CHP ölkəboyu mitinq qərarı verdi

SAVASHMEDİA.az xəbər verir ki, Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Özgür Özəl aksiyadan dərhal sonra bütün Türkiyə davamlı mitinq qərarı verdiklərini açıqlayıb. 

Onun sözlərinə görə, hər həftənin sonunda ölkənin 81 vilayətdən birində, hər çərşənbə günü isə İstanbulda izdihamlı mitinqlər keçiriləcək.

“Bu gün İstanbulun Maltəpə meydanına 2,2 milyon insan toplaşdı. Ədaləti qorumaq üçün meydanları dolduran bütün vətəndaşlarımıza təşəkkür etmək istəyirəm. Bu, yalnız bir başlanğıcdır. Bundan sonra biz hər həftəsonu bir vilayətdə, hər çərşənbə isə İstanbulun bir rayonunda aksiyalar keçirəcəyik”, – deyə Özəl Halk TV-yə açıqlamasında deyib.

Oğuz