"Hökümət nümayəndələri zəng edib satirik yazıları sildirirdilər" - Mark Zukerberqdən etiraf
“Meta” şirkətinin rəhbəri Mark Zukerberq pandemiya illərində qarşılaşdıqları təzyiqlərdən danışıb.
SAVASHMEDİA.az xəbər verir ki, o, ABŞ Prezidenti Co Bayden administrasiyasının "Meta"nın işinə müdaxilələr etdiyini ilk dəfə etiraf edib:
"Hökumət nümayəndələri “Meta” ilə əlaqə saxlayaraq şirkətə məxsus platformalarda COVID-19 pandemiyası ilə bağlı yazıların silinməsini tələb edirdilər"
Onun sözlərinə görə, Ağ evdən gələn zənglər digər məsələlərlə yanaşı, vaksinlərin yan təsirləri, habelə pandemiya ilə bağlı satirik məzmunlu yazılara da aid olub.
Oğuz