İmamoğlu ailəsinin yaxın adamı saxlanıldı - Trabzonda əməliyyat
CHP-nin prezidentliyə namizədi, həbsdə olan bələdiyyə sədri Əkrəm İmamoğlu və həyat yoldaşı Dilək İmamoğlunun vəkili Nüsrət Yılmaz saxlanılıb.
SAVASHMEDİA.az xəbər verir ki, N.Yılmaz sübh tezdən Trabzonda saxlanılıb və hazırda İstanbula aparılır.
Yılmazın İstanbul Böyükşəhər Bələdiyyəsində korrupsiya faktı ilə bağlı aparılan istintaq çərçivəsində saxlanıldığı bildirilir. Onun həbs ediləcəyi iddia olunur.
Qeyd edək ki, aylar öncə İmamoğlunun daha bir vəkili Mehmet Pəhlivan da ifadə vermək üçün çağırılıb həbs edilmişdi.
Xatırladaq ki, Nüsrət Yılmaz İmamoğlu ailəsinin yaxın dostudur.
Banu
Fotoda Nüsrət Yılmaz