İmişlidə YPX maşınının qarşısına çıxan "Mercedes"i uşaq idarə edirmiş - Dayısının imiş

Dünən İmişlidə YPX avtomobilinin qarşısına çıxan "Mercedes" markalı, 30-BH-904 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxsin sürücülük hüququ olmayıb.

Jan 19, 2025 - 08:34
Jan 19, 2025 - 08:35
İmişlidə YPX maşınının qarşısına çıxan "Mercedes"i uşaq idarə edirmiş - Dayısının imiş

Trend-in əldə etdiyi məlumata görə, avtomobili 2008-ci il təvəllüdlü Bəylər Bayramov idarə edib. Həmin maşın yeniyetmənin dayısına məxsus olub.

Qeyd edək ki, DİN-in məlumatına görə, xidmətə gedən YPX avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib. Onlardan iki nəfər həlak olub, digər azyaşlılar və sürücü xəstəxanaya çatdırılıb.

Faktla bağlı cinayət işi başlanılıb, polis və prokurorluq orqanlarında araşdırma aparılır.