İngiltərə millisinin sükanı arxasına o gətirilir
İngiltərə millisinin yeni baş məşqçisi bəlli olub.
SAVASHMEDİA.az xəbər verir ki, bu posta Tomas Tuhel gətirilir.
51 yaşlı almaniyalı mütəxəssis İngiltərə Futbol Federasiyası ilə razılığa gəldiyi bildirilir. Tərəflər arasındakı rəsmi müqavilənin isə bu həftə içərisində imzalanacağı gözlənilir.
Qeyd edək ki, Tomas Tuhelin son iş yeri "Bavariya" klubu olub.
Səlcuq