“İşə girdiyindən xəbərim yox idi…” – Şeyx vəzifədən azad edilən oğlundan DANIŞDI

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” sədrinin müşaviri, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin oğlu Məhəmməd Paşazadə vəzifəsindən azad edilib.

Feb 25, 2026 - 23:08
“İşə girdiyindən xəbərim yox idi…” – Şeyx vəzifədən azad edilən oğlundan DANIŞDI

SAVASHMEDİA.az xəbər verir ki, Allahşükür Paşazadə oğlunun işdən çıxması ilə bağlı Unikal.az-a açıqlama verib:

"Oğlumun nə işə qəbulundan, nə də işdən çıxmasından mənim xəbərim olub. O, işləri ilə özü məşğul olur. Qeyd edim ki, oğlum öz ərizəsi ilə ASCO-dakı vəzifəsindən ayrılıb", - deyə Şeyxülislam əlavə edib.