Lənkəranda müəllim su qabını şagirdin başına vurdu - VİDEO

Lənkəranda “Kaspi uşaq” hazırlıq kurslarında müəllim azyaşlı şagirdə qarşı zorakılıq edib.

May 29, 2025 - 10:49
May 29, 2025 - 11:17
Lənkəranda müəllim su qabını şagirdin başına vurdu - VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, bunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

Kadrlarda müəllimin uşağı oturduğu yerdən qaldırması, daha sonra isə su qabı ilə başına vurması görünür.

Hadisə nəticəsində uşağın kəllə-beyin travması aldığığı bildirilir.

Daxili İşlər Nazirliyinin Lənkəran RPŞ-nin mətbuat xidmətindən verilən məlumata görə, hazırda faktla bağlı araşdırma aparılır.

Tərəflərin ifadələri və izahatları alınıb, azyaşlı məhkəmə-tibbi ekspertizasından keçirilib. 

Yağmur 

Həmin görüntüləri təqdim edirik: