Maskın bu jesti "həmin salam"dırmı? - Özü danır, amma... + VİDEO

Amerikalı milyarder İlon Maskın ABŞ-nin 47-ci prezidenti olmaq üçün and içən Donald Trampın tərəfdarlarına verdiyi salam ciddi müzakirələrə səbəb olub.

Jan 21, 2025 - 17:35
Maskın bu jesti "həmin salam"dırmı? - Özü danır, amma... + VİDEO

SAVASHMEDİA.az xatırladır ki, Vaşinqtondakı “Capital One Arena” İdman Arenasında keçirilən tədbirdə çıxışını yekunlaşdıran Mask əvvəlcə əlini ürəyinə sıxıb, sonra isə əlini nasist salamını xatırladan formada yuxarı qaldırıb.

Maskın bu jesti sosial mediada tənqid olunub, bir sıra ictimai xadimlər və siyasətçilər onun bu davranışını qınayıb.

İlon Mask ittihamları rədd edib və bunu demokratların çirki hiylələrindən biri adlandırıb.

Bununla belə, çoxu maskın bu jestini faşist salamı kimi tanınan və sonradan nasistlər tərəfindən istifadə edilən Roma salamı olduğunu düşünür. 

Xatırladaq ki, bu jestin nasist variasiyası bəzi Avropa ölkələrində, o cümlədən Almaniyada qadağandır.

Oğuz