Məhkəmə Maradonanın cəsədi ilə bağlı qərar verdi

Əfsanəvi futbolçu Dieqo Maradonanın cəsədi ilə bağlı qərar elan olunub.

Oct 2, 2024 - 11:56
Məhkəmə Maradonanın cəsədi ilə bağlı qərar verdi

SAVASHMEDİA.az xəbər verir ki, mərhum futbolçunun övladları Argentinanın San-İsidro şəhər məhkəməsinə müracət edərək atalarının cəsədinin mavzoleyə köçürülməsini xahiş etmişdi. Məhkəmə bu müraciətə müsbət cavab verib.

Qərara görə, əfsanəvi futbolçunun cəsədi Bella Vista qəbiristanlığından Buenos-Ayresin mərkəzində tikilmiş xüsusi mavzoleyə köçürüləcək.

Selcan