"Məni də başa düşün, bunu sizə deyə bilmərəm" - Millimizin baş məşqçisi nəyi sirr saxladı?
Azərbaycan yığmasının baş məşqçisi Fernandu Santuş Millətlər Liqasının 3-cü turunda Estoniyaya qarşı keçiriləcək matçdan öncə jurnalistlər önünə çıxıb.
SAVASHMEDİA.az xəbər verir ki, o, jurnalistlərin suallarını cavablandırıb:
- Sizin kifayət qədər böyük kayeranız var. Bəs, indi karyeranızı davam etməyə motivasiya verən nədir?
- Düzdür, həm futbolçu kimi, həm məşqçi kimi karyeram var. Azərbaycan millisinə gəldiyim üçün şadam.
- Hər iki komanda - həm Azərbaycan, həm Estoniya turnirə iki məğlubiyyətlə başlayıb. Sizcə, sabah nəticə olacaq?
- Estoniyanın hər iki matçını izlədim. Ötən il keçirilən Estoniya - Azərbaycan matçlarına baxmışam. Rəqib bundan öncəki matçda Slovakiyaya qarşı yaxşı oynadı. Xüsusən ikinci hissədə inamlı çıxış etdilər. Bizim üçün də vacib matç olacaq. Qalib gəlmək istəyirik.
- Sabah penalti olsa, kim vuracaq?
- Mən bilirəm ki, penalti olsa, kim vuracaq. Amma bunu sizə deməyəcəm.
- Futbolçularıma rəqib haqqında məlumat vermişəm. Onlar hər şeyi bilirlər. Bütün oyunlara baxmışıq. Onların müdafiədə və hücumda necə oynadığını bilirik. Ən yaxşısını etməyə çalışacağıq.
- Emin Mahmudovla söhbət etmisiz? Çünki o klubunda problemlər yaşayıb və psixoloji durumu yerində deyil…
- Məşqlərdə də, komandada da o, normal hiss edir özünü. Bunu gördük. Ciddi problem yoxdur. Mənim üçün önəmli oyunçudur. Texniki olaraq çox yaxşıdır. Əsas odur ki, Emin komandaya kömək etsin. Onunla söhbət etməyə səbəb görmürəm.
- Komandanın kapitanı kim olacaq?
- Mən sizin işinizi başa düşürəm, amma bunu sabah görəcəksiz. Siz də məni başa düşün. Bu suala cavab verə bilməyəcəm.
- Rəqibin oyununu nəzərə alaraq hansısa sürpriz hazırlanıb?
- Mənim öz taktikalarım var. Müxtəlif taktiki gedişlərlə meydana çıxa bilərik. Əsas odur ki, dinamika olsun. Futbolçularım Azərbaycan, azarkeşlər üçün oynasın. Oyunçular dediklərimi başa düşür. Həmişə məşqçilər danışırlar ki, hansısa mövqeyə oyunçular alsınlar. Amma millidə elə deyil.