Məsud Pezeşkianın istefa xəbəri YAYILDI
İran Prezidenti Məsud Pezeşkianın istefa verməsi ilə bağlı iddialar gündəmə gəlib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə ilk olaraq müxalif mövqeyi ilə tanınan “Iran International” məlumat yayıb.
İddiaya görə, Pezeşkian ölkənin ali dini lideri Müctəba Xameneinin ofisinə müraciət edərək istefasının qəbul edilməsini istəyib. Bildirilir ki, prezident qərarını hökumətin real səlahiyyətlərinin azalması və əsas idarəetmənin getdikcə daha çox SEPAH-ın (İslam İnqilabı Keşikçiləri Korpusu) nəzarətinə keçməsi ilə əsaslandırıb.
Lakin məlumat hələlik İranın rəsmi qurumları tərəfindən təsdiqlənməyib. Ölkənin əsas dövlət agentlikləri olan IRNA, "Tasnim", "Mehr" və "Fars"da Pezeşkianın istefası ilə bağlı hər hansı xəbər və ya açıqlama yayımlanmayıb.
Xatırladaq ki, İran Prezidenti bir müddət əvvəl Müctəba Xamenei ilə bir neçə saatlıq görüş keçirmişdi. İran mətbuatı görüşün “səmimi və qarşılıqlı dialoq şəraitində” baş tutduğunu yazmışdı.
Səlcuq