Natiq Cəfərlidən devalvasiya proqnozu - "Günün birində..."
"Manata basqıların azaldığını yox, manatla bağlı siyasətdə dəyişiklik olmayacağını söyləmək daha doğrudur"
SAVASHMEDİA.az xəbər verir ki, bunu pavda.az-a açıqlamasında ekspert Natiq Cəfərli deyib.
Ekspert xatırladıb ki, ölkədə inzibati məzənnə sistemi hakimdir:
"Təbii ki, Azərbaycan Mərkəzi Bankının rəhbərliyi ilə iqtisadçı-ekspertlərin mütəmadi görüşü müsbət haldır, çünki çox açıq və şəffaf şəkildə fikir mübadiləsi olur. AMB-nin mövqeyi budur ki, manat sabit qalsın. Amma bu, təkcə Mərkəzi Bankdan deyil, dünyada neftin qiymətindən və sairədən asılı məsələdir. Buna görə də hələlik yaxın zamanlarda dəyişiklik olacağını gözləmirəm".
N.Cəfərlinin sözlərinə görə, Azərbaycanda inzibati məzənnə rejimi olduğu üçün günün birində dəyişikliyə getmək məcburiyyəti yaranacaq:
"Bu, bir ilə də, iki, üç ilə də ola bilər. Zamana bağlı məsələdir, amma olacağı dəqiqdir. Neftin qiyməti uzun müddət heç olmasa 60 dollar və üstündə qalsa, o zaman devalvasiya riskləri də azalmış olur. İnflyasiya gözləntiləri isə, aşağı-yuxarı, hökumətlə üst-üstə düşür. Gələn il üçün 5% civarında inflyasiya gözləntiləri var. Mənim fikrimcə, ərzaq inflyasiyası daha yüksək olacaq”.