Nəcməddin Sadıkov yüksək vəzifəli şəxslə at yarışında - Foto 3 gün əvvəl çəkilib
Müdafiə nazirinin sabiq birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargahının sabiq rəisi general-polkovnik Nəcməddin Sadıkov uzun fasilədən sonra publika qarşısına çıxıb.
SAVASHMEDİA.az bakupost.az-a istinadla xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat və görüntü paylaşılıb.
Kadrda Nəcməddin Sadıkovun DSX rəisi Elçin Quliyevlə yanaşı oturduğu görünür.
Fotunun 2-3 gün əvvəl Bakıda at yarışları zamanı çəkildiyi iddia olunur.
Xatırladaq ki, N.Sadıkov 2 noyabr 1993-cü ildə Azərbaycan müdafiə nazirinin birinci müavini - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi vəzifəsinə təyin edilib. 2020-ci ilin oktyabr ayında o, tutduğu vəzifədən azad edilib.