"Neftçi"nin baş məşqçisindən şillə kimi AÇIQLAMA - "Hakimlər "Zirə"ni çox sevir"  

Neftçi"nin baş məşqçisi Yuri Vernidub Premyer Liqanın 3-cü turunda "Zirə"yə məğlubiyyətdən (0:1) sonra "hakimlər həqiqətən "Zirya"nı sevir" açıqlamasını verib.

Aug 30, 2026 - 23:28
"Neftçi"nin baş məşqçisindən şillə kimi AÇIQLAMA - "Hakimlər "Zirə"ni çox sevir"  

SAVASHMEDİA.az xəbər verir ki, ukraynalı mütəxəssis bu barədə CBC Sport-a danışıb: 

"Bu gün yaxşı oynadıq. Bəxtimiz gətirmədi, məğlub olduğumuz üçün təəssüf edirəm. On nəfərlə 20 dəqiqədən çox oynadıq. Amma on nəfərlə oynayarkən də "Zirə"dən geri qalmırdıq. (70-ci dəqiqədə "Neftçi"nin futbolçusu Elvin Bədəlov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb - red)"

Vernidub sözünə belə davam edib: 

"Qırmızı vərəqə ilə bağlı şərh verməyəcəyəm. Son 10 ay ərzində anladım ki, hakimlər "Zirə"ni həqiqətən çox sevirlər. Səssiz qalmağı üstün tuturam. Amma bu, "Zirə"yə qarşı üçüncü oyunumdur və hər oyunda belə bir şey olur. Keçən mövsüm onlar bizə 3 metrlik ofsayd mövqeyindən qol vurdular. Qol buraxıldı. Sonradan səhvi etiraf etdilər, amma bu kimi şeylər bizim işimizi çətinləşdirir. Bunun davam edəcəyini başa düşürük. Biz də buna uyğun hərəkət edəcəyik"

"Zirə"nin baş məşqçisi Rəşad Sadıxov həmkarının ittihamına belə cavab verib:

"Həm məşqçi, həm də insan kimi Yuri Verniduba böyük hörmətim var. O, Azərbaycanda çoxdan işləmir və "Zirə"nin hakim qərarlarından nə qədər əziyyət çəkdiyini bilmir. Düşünmürəm ki, bugünkü oyunda hakim səhvi olub. "Neftçi" oyunçusunun ikinci sarı vərəqəsinin mübahisəsiz olduğunu düşünürəm. Yenə də deyirəm ki, Yuri Verniduba böyük rəğbətim var. Belə bir məşqçinin Azərbaycanda işləməsinə şadam".

Oğuz