Netanyahunun evinə olan dron hücumunun detalları - Yataq otağını vurublar + VİDEO
Xəbər verdiyimiz kimi, oktyabrın 19-da İsrailin Baş naziri Benyamin Netanyahunun Qeysəriyyə şəhərindəki iqamətgahı kamikadze dronla vurulub.
SAVASHMEDİA.az xəbər verir ki, dron hücumundan sonra bu gün ilk dəfə iqamətgahdan görüntülər paylaşılıb.
Görüntülərdən aydın olur ki, zərbə birbaşa Baş nazirin yataq otağına yönəlib. Lakin yataq otağının pəncərəsi qoruyucu şüşədən olduğu üçün evə çox ziyan dəyməyib. Şüşə parçaları iqamətgahın həyətinə və hovuza səpələnib.
Xatırladaq ki, nazir və ailəsi həmin vaxt iqamətgahda olmadığı üçün xəsarət alan olmayıb. “Hizbullah” hərəkatı PUA hücumuna görə məsuliyyəti öz üzərinə götürüb.
חיזבאללה נטל אחריות לשיגור הכטב"ם שפגע בשבת בבית רוה"מ בקיסריה.
צפו וככה נראה הפגיעה במעון ראש הממשלה! pic.twitter.com/cB1zzXsu3S — מה חדש. What's new❓ (@Gloz111) October 22, 2024
Səlcuq