Norveç polisi içində rus ekipajı olan gəmini saxladı
Norveçin sahil mühafizəsi yanvarın 30-da axşam saatlarında göyərtəsində rus ekipajı olan Norveçin “Silver Dania” gəmisini saxlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə cümə günü Norveç polisinin rəsmi portalında məlumat yayılıb.
Polisdən bildirilib ki, gəminin Baltik dənizində Latviya və İsveç arasındakı fiber-optik kabelin zədələnməsində iştirak edə biləcəyinə dair şübhələr var.
Bu gün “Silver Dania” gəmisi yerli vaxtla saat 06:40-da Tromso limanına göndərilib. Hazırda gəmidə axtarışlar, dindirilmələr və sübutların toplanması kimi işlər aparılır.
Məlumata görə, göyərtəsində rusiyalı ekipajın olduğu gəmi Latviya hakimiyyətinin qanuni sorğusu, habelə Norveçin Nord-Troms və Senja rayon məhkəmələrinin qərarı əsasında saxlanılıb.
Norveçdə qeydiyyatda olan gəmi Sankt-Peterburqla Murmansk arasında işləyir.
Xatirə SADİQ