"Oğlu-qızı yanına gəlmir, bazarlığını da mən edirəm" - Mehdiyevin mühafizəçisi

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib. Məhkəmənin qərarı ilə ona 4 aylıq ev dustaqlığı cəzası verilib.

Oct 20, 2025 - 13:36
"Oğlu-qızı yanına gəlmir, bazarlığını da mən edirəm" - Mehdiyevin mühafizəçisi

SAVASHMEDİA.az xəbər verir ki, Ramiz Mehdiyevin Qənbər adlı mühafizəçisi unikal-a açıqlamasında onun hazırda özünü yaxşı hiss etdiyini bildirib.

"Səhhəti normaldır. Evdə xanımı ilə özü qalır. Oğlu və qızı gəlib-getmirlər. Onlar öz evlərindədir. Ev üçün bazarlığı da mən edirəm", - deyə o qeyd edib.

Xatırladaq ki, sabiq PA rəhbəri ev dustaqlığını məşhur "Avropa" otelinin yanında, Tiflis prospektindəki villasında çəkir.