Ötən il səhnədən gedən müğənni yenidən qayıdır
Ötən il səhnədən getdiyini elan edən tanınmış müğənni Valeri Leontyev Yeni il ərəfəsində Moskvada, Yeni il gecəsi isə Dubayda özəl korporativ tədbirlərində çıxış etməyi planlaşdırır.
SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə teleprodüsser Alina Krasnaya deyib.
Onun sözlərinə görə, bəstəkar İqor Krutoyun yubiley gecəsində çıxış etdikdən sonra Leontyevin planlaşdırdığı bir neçə konsertə görə təşkilatçılar böyük məbləğ ödəməli olacaqlar.
"Müğənninin bayram çıxışı təşkilatçılara 100 min avro məbləğində başa gələcək”, - deyə teleprodüsser vurğulayıb.
Qeyd edək ki, Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan sonra birdəfəlik Mayamiyə köçən Valeri Leontyev tarixi vətəninə yalnız nadir halda keçirilən konsertlərinə görə gəlirdi. Keçən il o, səhnədən getdiyini elan etdi, lakin indi bir il əvvəl buraxdığı komandanı toplamalı olub.
“Pulların tükənmək xüsusiyyəti var. Üstəlik, xaricdə həyat bahadır, ona görə də Valeri Yakovleviç işə qayıtdı”, - deyə Alina Krasnaya müğənninin dönüşünü belə izah edib.
Xatirə SADİQ