Putin Trampdan və "tunelin sonundakı işıq"dan danışdı

ABŞ Prezidenti Donald Trampın liderlik keyfiyyətləri Rusiya-ABŞ münasibətlərinin bərpası üçün yaxşı təminatdır.

Aug 23, 2025 - 01:51
Putin Trampdan və "tunelin sonundakı işıq"dan danışdı

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib.

"Əminəm ki, Prezident Trampın liderlik keyfiyyətləri münasibətlərin bərpa olunacağının yaxşı təminatıdır", - dövlət başçısı deyib.

Onun sözlərinə görə, hazırda ABŞ və Rusiya arasında münasibətlər aşağı səviyyədədir, lakin Trampın hakimiyyətə gəlməsindən sonra "tunelin sonunda işıq" görmək ümidi yaranıb.

Putin Alyaskada keçirilən sammiti məzmunlu adlandırıb, həmçinin qeyd edib ki, Moskva və Vaşinqton şirkətlər və nazirliklər səviyyəsində əlaqələri davam etdirirlər.

O, Rusiya-ABŞ ilə münasibətlərinin tam bərpasına ümid etdiyini əlavə edib.