Qan analizi acqarına verilməlidir, yoxsa... - Mütəxəssis rəyi + VİDEO
Laboratoriyalarda nəticələrin düzgün olmaması, təhrif olması, pasiyentlər bir neçə yerdə analiz verir ya fərqli olur, ya da analizi normadan çox yüksək çıxır. Bu həkimləri də bir qədər narahat edir.
SAVASHMEDİA.az xəbər verir ki, BTV-də HəkimPostu verilişində bu dəfə qonaq ATU dosenti Aqil Orucov analizlərin verilmə qaydasından danışıb.
Dünya üzrə statistikaya görə, nəticələrin səhv olmasının 70% səbəbi preanaliz mərhələsinə görədir.
Yəni analiz verməmişdən öncə pasiyentin hazırlıq mərhələsidir ki, nəticələrə təsir edir. Məsələn, ümumi qan analiz, hemoqram analizi mütləqdir ki, səhər tezdən, acqarına verilsin.
Ümumiyyətlə, əsas qanun budur ki, bütün laborator analizlərdə normativlər səhər saatları üçündür. Bəzən olur ki, günorta, axşam verilir, bunlar təsir edə bilər. Bəzən xəstə əvvəl rentgenə gedir, USM-ə gedir, yeyir, gəlir analiz verməyə. Qan analizi bu müayinələrdən öncə vermək lazımdır. Bunlar düzgün deyil.
Bəzən həkimlər xəstəni gec qəbul edir, nədənsə şübhələnir, günorta da olsa analizə göndərir, bu da bəzən nəticələri təhrif edir”.