Rasim Balayev Türkiyəyə aparıldı - "Həkimlər deyir ki..."

Türkiyəyə müalicəyə aparılan Xalq artisti Rasim Balayev həkim nəzarətində müalicəsini davam etdirir.

Feb 25, 2026 - 20:27
Rasim Balayev Türkiyəyə aparıldı - "Həkimlər deyir ki..."

SAVASHMEDİA.az xəbər verir ki, bunu Xalq artistinin oğlu Ülvi Balayev deyib.

O, bildirib ki, atası bir neçə gün əvvəl Türkiyəyə aparılıb və orada klinikalardan birində müalicəsini davam etdirir:

"Burada müalicə alırdı. Müalicələrin təsirindən immuniteti aşağı düşmüşdü, immunitet zəifliyi var idi. Ona görə də həkimlərin məsləhəti ilə Türkiyəyə getdi. Hazırda orada müalicəsi davam etdirilir. Həkimlər hələ ki, telefondan istifadəyə icazə vermirlər. Amma yanında qalan var, onun vasitəsilə məlumatlar alırıq. Demək olar ki, vəziyyəti stabildir".

Xatırladaq ki, Xalq artisti Rasim Balayev uzun müddətdir şəkərli diabet və qan təzyiqi xəstəliyindən əziyyət çəkir.

Aytən