Rusiya 9 yaralı vətəndaşını Moskvaya aparıb
Rusiya Fövqəladə Hallar Nazirliyinin xüsusi təyarəsi “Azərbaycan Hava Yolları”na məxsus laynerin qəzaya uğraması nəticəsində sağ qalmış yaralı vətəndaşlarını Aktaudan aparıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “meduzalive” telegram kanalına istinadən “Azadlıq radiosu” məlumat yayıb.
Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin dünən Moskvaya uçan təyyarəsində 9 yaralı olub. “Onların arasında bir uşaq da var. Təyyarə qəzasında yaralanan üç rusiyalının vəziyyəti son dərəcə ağırdır, bir xəstənin vəziyyəti ağırdır, daha beş nəfər, o cümlədən bir uşaq orta ağırdır”, - deyə Rusiya Səhiyyə Nazirliyindən bildirilib.
Xatirə SADİQ