Sabah bu şəhərdə su olmayacaq – XƏBƏRDARLIQ!

Sabah Sumqayıt şəhərinin bir sıra ərazilərində aparılan təmir-tikinti işləri ilə əlaqədar içməli suyun verilməsində müvəqqəti fasilə yaranacaq.

Oct 27, 2025 - 20:17
Sabah bu şəhərdə su olmayacaq – XƏBƏRDARLIQ!

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.

Bildirilib ki, sabah səhər saatlarından axşam saatlarınadək Kotec və Kimyaçılar qəsəbələri, Bulvar ərazisi, 26-cı məhəllə, Xəzər bağları, həmçinin 7, 8 və 12-ci məhəllələrin bir hissəsi içməli su ilə təmin edən magistral xətdə təmir-tikinti işləri aparılacaq. Bu səbəbdən həmin ərazilərdə suyun verilməsi dayandırılacaq.