Santuş Ramil Şeydayevdən çəkinir? - "Axı Eminin əlindən topu o almışdı" + VİDEO
Millimizin İsveçlə ev oyunundakı penalti hadisəsi barədə çox danışıldı.
Ramil Şeydayevin topu Emin Mahmudovun əlindən alması, penaltini qola çevirə bilməməsi azarkeşləri hiddətləndirdi.
Yığmanın baş məşqçisi Fernandu Santuş buna görə Emin Mahmudovdan kapitanlıq sarğısını aldı. Təcrübəli futbolçunu zəiflik göstərməkdə qınadı. Maraqlıdır ki, epizodun digər iştirakçısı, daha böyük günah sahibi olan Ramil Şeydayev "sudan quru çıxdı".
SAVASHMEDİA.az xəbər verir ki, sportal.az saytının təsisçisi Emin Abbasov bu məsələyə münasibət bildirib. O, millimizin baş məşqçisini birtərəfli qərar verməkdə qınayıb.
Onun fikirlərini təqdim edirik: