Şəbnəm Tovuzlu efirdə niyə ağladı? - VİDEO
Müğənni Şəbnəm Tovuzlu 43 yaşını "Qonaqcanlı" verilişində qeyd edib.
SAVASHMEDİA.az xəbər verir ki, veriliş zamanı yaxınlarının Şəbnəmə təbriki nümayiş olunub. Valideynlərindən danışan sənətçi kövrəlib:
"Atamın sərt və sevmədiyim xasiyyəti var. Bunu tək mən yox, bütün nəsil bilir... Amma nə yalan deyim, onunla tez-tez danışmıram. Onu buna rəğmən çox sevirəm. Mənim Ruslan və Orxan adında iki qardaşım, Aytac adında bir bacım var (ağlayır). Mən sizdən ayrı yaşasam da... Bilmirəm, həyatdır nə olub, anam faciəvi şəkildə dünyasını dəyişib, amma bir körpə hər zaman doğmalarını istəyir. Yaxşı ki, gec də olsa siz yanımda varsınız. Bu gün həm sevinmişəm, həm də kədərlənmişəm. Bu həyatda ananın yerini heç nə vermir. Kaş ki, belə olmazdı. Anamı hər zaman arzulayıram. Onun ruhu şad olsun. Anamı bir yaş yarımlığımda itirmişəm. Onu xatırlamıram. Hər zaman bir arzum olub ki, anamı yuxumda görüm. O da illərdir ki, olmur. Çox istəyirəm onu görüm. Allah bunu mənə qismət etmir. Yəqin ki, o dünyada Allah bizi qarşılaşdıracaq. Onu görmək istəyirəm. O çox gözəl xanım olub. Şəkillərdə görmüşəm. Gözəl xanımların isə hər zaman qəlbi qırılmış olur".
Qeyd edək ki, Şəbnəmi uşaq yaşlarından xalası və onun həyat yoldaşı saxlayıb. O, doğma valideyn kimi onları tanıyıb. İllər sonra isə əsl atasının kim olduğunu öyrənib.
(axşam.az)