"Sənin onlarla danışmaq mandatın yoxdur" - Zurabişvilidən AŞ baş katibinə etiraz

Avropa Şurasının (AŞ) baş katibi Alen Berse Gürcüstanın tanınmamış hakimiyyət orqanları ilə “xarici agentlər” haqqında qanunun müzakirəsi üçün komissiya təyin etmək mandatına malik deyil. 

Dec 20, 2024 - 17:22
"Sənin onlarla danışmaq mandatın yoxdur" - Zurabişvilidən AŞ baş katibinə etiraz

SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, bunu Gürcüstan prezidenti Salome Zurabişvili AŞ baş katibi ilə görüşündən sonra deyib.

O, qeyd edib ki, Avropa Şurasının vəzifəsi insanlara qarşı zorakılıqdan, onların hüquq və azadlıqlarının məhdudlaşdırılmasından danışmaqdır. 

“Mən baş katibə və onun nümayəndə heyətinə açıq şəkildə izah etdim ki, tanınmamış səlahiyyətləri olan insanlarla komissiya təyin etmək, xüsusən də Rusiya qanunvericiliyinə yenidən baxmaq üçün onların nə mandatı, nə öhdəliyi, nə də hüququ var. Rusiya qanunvericiliyinin dəyişib-dəyişməməsinin nə fərqi var? Bu,  hökumətin uzun illər yalan danışmasının ən yaxşı nümunəsidir”, - deyə prezident bildirib.

Qeyd edək ki, Tiflisə səfərnin yekunlarından danışarkən AŞ baş katibi Alen Berse deyib ki, Gürcüstan hakimiyyəti ona “Xarici təsirin şəffaflığı haqqında” qanunun məzmununu dəyişdirəcəyini vəd edib.

Lakin ölkənin baş naziri İrakli Kobaxidze onun bu sözlərini təkzib edib. 

Xatirə SADİQ