Stalinin şərabla dolu sirli anbarı açıqlacaq - Qərar verildi

Gürcüstan hökuməti Tbilisidə SSRİ rəhbəri İosif Stalinə məxsus olduğu bildirilən nadir şərab kolleksiyasının saxlandığı anbarın möhürünü qıraraq açmaq qərarına gəlib.

May 31, 2026 - 21:14
Stalinin şərabla dolu sirli anbarı açıqlacaq - Qərar verildi

SAVASHMEDİA.az xəbər verir ki, dövlət mülkiyyətində olan kolleksiyada təxminən 40 min şüşə Fransa və yerli gürcü şərabları yer alır. 

Planlaşdırılan hərracdan əldə olunacaq vəsaitin ölkədə peşəkar şərabçılıq məktəbinin yaradılmasına yönəldilməsi nəzərdə tutulur.

Kolleksiyanın tarixi Romanovlar sülaləsinə qədər uzanır. 

İddialara görə, çar III Aleksandr və II Nikolaya məxsus Bordo şərabları 1917-ci il inqilabından sonra müsadirə olunaraq sovet hakimiyyətinə keçib, daha sonra Stalin tərəfindən zənginləşdirilib. 

Anbarda XIX əsrə aid nadir nümunələr də saxlanılır.

Aytən