Tanınmış yazıçı saxta spirtli içkidən zəhərlənib öldü - FOTOLAR

Türkiyədə tanınmış xanım yazıçı saxta spirtli içkidən həyatını itirib.

Oct 5, 2025 - 21:02
Tanınmış yazıçı saxta spirtli içkidən zəhərlənib öldü - FOTOLAR

SAVASHMEDİA.az xəbər verir ki, hadisə bu ilin 24 yanvarında Muğla şəhərinin Bodrum rayonunda baş verib. 

45 yaşlı yazıçı Hanzade Özerten Urulun və 49 yaşlı həyat yoldaşı Emre Urulun içki içdikdən sonra halları pisləşib. 

Xəstəxanaya yerləşdirilən cütlüyün saxta spirtli içkidən (metil spirti) zəhərləndikləri məlum olub. 

Başladılan araşdırmalar çərçivəsində yazıçı və həyat yoldaşının metil spirtini Ankaradan aldıqları müəyyən edilib. Şübhəli şəxslər polis tərəfindən saxlanılıb və məhkəmə qərarı ilə həbs ediliblər.

Emre Urul 3 günlük müalicədən sonra evə buraxılıb. Lakin Hanzade Özerten Urulun 9 ay reanimasiyada qalmasına baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb. 

O, ötən həftə vəfat edib.

Banu

Fotoda Hanzade Özerten Urul