Tibetdə güclü zəlzələ oldu

Çinin cənub-qərbində, Nepalla sərhəddə yerləşən Tibet bölgəsində güclü zəlzələ baş verib.

Jan 7, 2025 - 11:44
Tibetdə güclü zəlzələ oldu

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb. 

Zəlzələnin episentrinin Çinin Tibet Muxtar Bölgəsinin bir hissəsi olan Tinqri qəzasında olduğu bildirilir. ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, 7,1 bal gücündə zəlzələ yerli vaxtla səhər saat 9:05-də baş verib və çoxsaylı afterşoklarla müşayiət olunub.

“Sinxua” dövlət xəbər agentliyinin məlumatına görə, Tinqri qəzasında 1000-dən çox evə ziyan dəyib. Ən azı 53 nəfər ölüb və 62 nəfər yaralanıb. 

Yeraltı təkanlar təkcə Çində deyil, qonşu Nepal və Hindistanın şimal bölgələrində də hiss olunub.

Xatirə SADİQ